SEPAH ABŞ-yə məxsus pilotsuz uçuş aparatını vurub
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) MQ-1 “Predator” tipli pilotsuz uçuş aparatını vuraraq məhv etdiyini açıqlayıb.
Crossmedia.az xəbər verir ki, məlumata görə, açıqlamanın ilkin versiyasında pilotsuz uçuş aparatının ABŞ-yə məxsus olduğu bildirilsə də, ABŞ Silahlı Qüvvələri artıq MQ-1 “Predator” aparatlarından istifadə etmir.
Bu səbəbdən vurulan pilotsuz uçuş aparatının regionda Türkiyədən başqa MQ-1 sistemlərindən istifadə edən yeganə ölkə olan Birləşmiş Ərəb Əmirliklərinə məxsus olduğu ehtimal edilir.
16:52 31.05.2026
Oxunuş sayı: 46