Rusiyada bu kanal maliyyələşdirilməsindən məhrum edilə bilər
Rusiya Dövlət Dumasının vitse-spikeri Vladislav Davankov aparıcı Sergey Karnauxovun qadınlara qarşı zorakılıqla bağlı qalmaqallı açıqlamalarından sonra “Solovyov Live” kanalının fəaliyyətinin yoxlanılmasını və dövlət maliyyələşdirilməsindən məhrum edilməsini təklif edib.
Crossmedia.az xəbər verir ki, müzakirələrə səbəb Karnauxovun efirdə səsləndirdiyi, “əgər ər xüsusi hərbi əməliyyatdan qayıdıb qadını döyərsə, buna bir qədər dözmək olar” məzmunlu fikirləri olub. Bu açıqlama ictimaiyyətdə geniş narazılıq doğurub.
Davankov bildirib ki, vergi ödəyicilərinin vəsaiti hesabına vətəndaşları alçaldan media qurumlarının fəaliyyəti araşdırılmalı, zəruri hallarda isə bağlanmalıdır. Onun təşəbbüsünü Krasnodar Şəhər Dumasının deputatı Sergey Klimov da dəstəkləyib.
15:23 31.05.2026
Oxunuş sayı: 50