Livanda son bir həftədə 77 uşaq həlak olub və yaralanıb
Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF) son bir həftə ərzində Livan ərazisində baş verən hadisələr nəticəsində 77 uşağın qətlə yetirildiyini və ya yaralandığını açıqlayıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Qurumun məlumatına görə, bu göstərici hər 24 saatda orta hesabla 11 uşağın zərər gördüyünü ifadə edir.
Livan Səhiyyə Nazirliyinin açıqladığı son rəqəmlərə əsasən, 2 mart – 29 may tarixləri arasında baş verən hücumlar nəticəsində 3355 nəfər ölüb, 10095 nəfər isə yaralanıb.
Məlumatda qeyd olunur ki, atəşkəs rejiminə baxmayaraq, ölkənin cənub bölgələrində hücumların davam etdiyi və mülki yaşayış məntəqələrinin zərər gördüyü bildirilir.
Beynəlxalq təşkilatlar isə bölgədə mülki əhalinin, xüsusilə uşaqların qorunması ilə bağlı çağırışlarını davam etdirir.
14:49 31.05.2026
Oxunuş sayı: 64