Tramp İranla razılaşmanın şərtlərini sərtləşdirib
ABŞ prezidenti Donald Trampın İran ilə mümkün razılaşma üzrə memorandum layihəsinin şərtlərini sərtləşdirdiyi bildirilir.
Crossmedia.az xəbər verir ki, “The New York Times”ın mənbələrə istinadən yaydığı məlumata görə, sənədə edilən dəyişikliklərin detalları açıqlanmasa da, Tramp xüsusilə İranın dondurulmuş aktivlərinin azad edilməsi ilə bağlı müddəalara ehtiyatla yanaşır.
Məlumata əsasən, ABŞ administrasiyası İranın Vaşinqtonun təkliflərinə kifayət qədər sürətli cavab vermədiyini düşünür və danışıqlar prosesinin daha da sürətləndirilməsini tələb edir.
Qəzet yazır ki, Tramp tərəfi təzyiqi artıraraq Tehranı ilkin memorandum layihəsini qəbul etməyə razı salmağa çalışır və yeni şərtlərin bu məqsədə xidmət etdiyi qeyd olunur.
14:45 31.05.2026
Oxunuş sayı: 41