Zelenski: Ukrayna daha bir IRIS-T hava hücumundan müdafiə sistemi əldə edib
Ukrayna prezidenti Volodimir Zelenski ölkəsinin hava hücumundan müdafiə imkanlarının gücləndirildiyini açıqlayıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Prezidentin sözlərinə görə, ölkə daha bir IRIS-T hava hücumundan müdafiə sistemi buraxılış qurğusu əldə edib.
Zelenski bildirib ki, güclü hava hücumundan müdafiə sistemi vətəndaşların daha etibarlı qorunmasını təmin edə və Rusiyanın hava üstünlüyünü məhdudlaşdıra bilər.
O, həmçinin qeyd edib ki, Rusiya bu həftə Ukraynaya qarşı genişmiqyaslı hücumlar həyata keçirib. Onun sözlərinə görə, bu müddət ərzində təxminən 2300-dən çox pilotsuz uçuş aparatı, 1560-a yaxın idarəolunan aviasiya bombası və 108 raket istifadə olunub.
Ukrayna rəhbərliyi hava hücumlarının intensivliyinin artdığını vurğulayaraq, beynəlxalq tərəfdaşlardan müdafiə sistemlərinin artırılmasını davam etdirir.
14:00 31.05.2026
Oxunuş sayı: 51