Medvedev Zaporojye AES ilə bağlı sərt xəbərdarlıq etdi
Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Ukraynanın Zaporojye Atom Elektrik Stansiyasına (AES) edilən hücum iddialarına cavab olaraq Ukrayna və Avropadakı nüvə elektrik stansiyalarının hədəfə alına biləcəyi barədə xəbərdarlıq edib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
O, bildirib ki, Zaporojye Atom Elektrik Stansiyasında yerləşən turbin və ya reaktor zalının ciddi şəkildə məhv edilməsi “yeni Çernobıl”a bənzər fəlakətli nəticələrə gətirib çıxara bilər.
Medvedevin sözlərinə görə, belə bir ssenari taktiki nüvə silahlarının istifadəsindən belə daha ağır nəticələr doğura bilər və buna cavab olaraq Ukrayna AES-lərinə, eləcə də münaqişədə iştirak edən NATO ölkələrində yerləşən nüvə stansiyalarına simmetrik zərbələr endirilə bilər.
Qeyd edək ki, bu açıqlama regionda nüvə təhlükəsizliyi ilə bağlı narahatlıqları daha da artırıb.
13:52 31.05.2026
Oxunuş sayı: 56