Aİ rus neftinə qoyulan qiymət limitini ləğv edə bilər
Avropa İttifaqı İran ətrafında yaranmış gərginlik fonunda Rusiya neftinə tətbiq olunan qiymət məhdudiyyətlərinin müvəqqəti olaraq yumşaldılması və ya ləğv edilməsi imkanlarını müzakirə edir.
Crossmedia.az xəbər verir ki, bu barədə “Bloomberg” nəşri məlumat yayıb.
Məlumata əsasən, bu addım enerji bazarlarında sabitliyin qorunması və geosiyasi risklərin azaldılması məqsədi daşıyır.
13:34 31.05.2026
Oxunuş sayı: 60