Fransada çempionluq bayramı iğtişaşa döndü
“Paris Saint-Germain”in Çempionlar Liqasındakı qələbəsindən sonra Fransanın bir neçə şəhərində iğtişaşlar baş verib.
Crossmedia.az xəbər verir ki, “Le Figaro” nəşrinin hüquq-mühafizə orqanlarına istinadən yaydığı məlumata görə, hadisələr zamanı 4 nəfər yaralanıb, onlardan biri bıçaqlanıb.
Fransanın Daxili İşlər Naziri Laurent Nunezin açıqlamasına görə, polis ümumilikdə 416 nəfəri saxlayıb.
Rəsmilər iğtişaşların genişlənməsinin qarşısını almaq üçün təhlükəsizlik tədbirlərinin gücləndirildiyini qeyd ediblər.
13:31 31.05.2026
Oxunuş sayı: 56