Rusiya hərbçiləri Ukrayna dronlarını aldatmaq üçün bu üsuldan istifadə edir
Rusiya hərbçiləri logistik təyinatlı nəqliyyat vasitələrində qeyri-adi rəngləmə üsulundan istifadə etməyə başlayıblar.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, texnika süni intellekt əsaslı hədəf tanıma sistemlərini çaşdırmaq məqsədilə xüsusi “gözqamaşdırıcı” kamuflyajla örtülür.
Bildirilir ki, bu cür sistemlər Ukraynanın orta mənzilli dronları tərəfindən hədəflərin aşkarlanması və məhv edilməsi üçün istifadə olunur.
Yeni kamuflyajın məqsədi texnikanın konturlarını pozaraq pilotsuz uçuş aparatlarının süni intellektlə işləyən tanıma sistemlərinin işini çətinləşdirməkdir.
12:59 31.05.2026
Oxunuş sayı: 55