Tramp: İranla ya razılaşma olacaq, ya da…
ABŞ Prezidenti Donald Tramp İranla bağlı danışıqların uğursuz olacağı təqdirdə Vaşinqtonun yenidən hərbi tədbirlərə əl ata biləcəyini bildirib.
Crossmedia.az-ın məlumatına görə, “Fox News” telekanalına müsahibəsində Tramp qeyd edib ki, İranla əla bir razılaşma əldə olunacaq, əks halda məsələ hərbi yolla həll ediləcək. Bununla belə, o, razılaşma variantına üstünlük verdiyini vurğulayıb.
ABŞ liderinin sözlərinə görə, danışıqlar zamanı İran nüvə silahının hazırlanması və əldə edilməsindən imtina etməyə razılıq verib. Tramp həmçinin ehtimal olunan saziş imzalandıqdan sonra Hörmüz boğazının açıq ola biləcəyini bildirib.
Prezident etiraf edib ki, danışıqlar istənilən sürətlə irəliləmir.
“Onlar sərt danışıqlar aparırlar. Bu isə çox vaxt tələb edir”, – deyə Tramp qeyd edib.
12:44 31.05.2026
Oxunuş sayı: 55