İsrail ordusu Bofor qalasını ələ keçirib
İsrailin müdafiə naziri İsrail Kats bildirib ki, İsrail Müdafiə Qüvvələri Livanın strateji əhəmiyyət daşıyan yüksəkliklərindən birində yerləşən tarixi Bofor qalası üzərində nəzarəti ələ keçirib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Nazirin sözlərinə görə, Boforun tutulması İsrailin quru əməliyyatının əsas mərhələlərindən biri hesab olunur. Təxminən 700 metr hündürlüyündə qaya üzərində yerləşən qala Litani çayı vadisinə və İsrailin şimal sərhəd bölgələrinə tam vizual və atəş nəzarəti imkanı verir.
Kats əlavə edib ki, bu mövqe regionda hərbi baxımdan mühüm strateji üstünlük təmin edir.
11:40 31.05.2026
Oxunuş sayı: 85