Tramp: 30 baldan 30 topladım, bu, güclü intellekt sayılır
ABŞ Prezidenti Donald Tramp idrak qabiliyyətlərinin tibbi testindən uğurla keçdiyini açıqlayıb.
Crossmedia.az TASS-a istinadən bildirir ki, onun, sosial şəbəkədə paylaşdığı açıqlamada qeyd etdiyinə görə, ABŞ prezidentlərindən heç biri indiyədək təsdiqlənmiş yüksək çətinlik dərəcəsinə malik koqnitiv testdən keçməyib.
“Digər ABŞ prezidentlərindən fərqli olaraq, mən bu testdə mümkün olan 30 baldan 30-nu topladım. Bu nəticə “fövqaladə intellekt” kimi qiymətləndirilir”, – Tramp vurğulayıb.
10:30 31.05.2026
Oxunuş sayı: 51