Tramp ABŞ-İran memorandumunun şərtlərini sərtləşdirib
ABŞ prezidenti Donald Tramp ABŞ və İran arasında nəzərdə tutulan memorandumun şərtlərini sərtləşdirərək Tehrana yeni təkliflər göndərib.
Crossmedia.az xəbər verir ki, bu barədə The New York Times məlumat yayıb.
Məlumata görə, sazişin mətninə hansı dəyişikliklərin edildiyi açıqlanmayıb. Nəşrin mənbələri bildirib ki, Trampı xüsusilə İranın dondurulmuş aktivlərinin mümkün şəkildə açılması ilə bağlı müddəalar narahat edir.
Tərəflər arasında danışıqların davam etdiyi qeyd olunub.
09:52 27.05.2026
Oxunuş sayı: 13