Zelenski demək olar ki, hər gün Trampla danışdığını deyib
Ukrayna prezidenti Volodimir Zelenski, Prezident Administrasiyasının rəhbəri Kirill Budanov, Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov və Baş nazirin birinci müavini - Energetika naziri Denis Şmıxal gələcək tədbirlərlə bağlı xüsusi müşavirə keçirib.
Crossmedia.az xəbər verir ki, bu barədə Zelenski Facebook-da məlumat verib.
O qeyd edib: "Demək olar ki, hər gün ABŞ Prezidenti Donald Trampın nümayəndələri və Avropa tərəfdaşları ilə əlaqə saxlayırıq. Hazırda hava hücumundan müdafiə təchizatı və ümumilikdə razılaşmalarımızla bağlı baş verənləri qeydə aldıq. Növbəti bir neçə həftə üçün prioritetləri müəyyən etdik: anti-ballistik, dronların istehsalı və təchizatı ilə bağlı ikitərəfli sənədlər, xüsusən də Avropa İttifaqı ilə Dron Sazişi və bir neçə formatda görüşlərin hazırlanması."
Dövlət başçısı vurğulayıb ki, hazırda ictimaiyyətə açıqlanmayan vacib danışıqlara hazırlaşırlar.
21:13 30.05.2026
Oxunuş sayı: 54