Ukrayna dronları artıq Ural dağlarına çata bilir
Ukrayna hücum dronları artıq 3500 km məsafəni qət edə bilir və bu da Ural dağlarına qədər istənilən hədəfi hücum üçün əlçatan edir.
Crossmedia.az xəbər verir ki, bu barədə Ukrayna Baş Kəşfiyyat İdarəsi məlumat yayıb.
Məlumatlara görə, əvvəllər 1000 kilometrlik uçuş məsafəsi əhəmiyyətli bir nailiyyət hesab edilsə də, Ukrayna hücum dronları hazırda 3500 kilometrdən çox məsafədəki hədəfləri vurmaq qabiliyyətinə malikdir.

20:31 30.05.2026
Oxunuş sayı: 53