Rza Pəhləvi Qara Dəniz Təhlükəsizlik Forumunda iştirak edəcək
İranın sonuncu şahının oğlu şahzadə Rza Pəhləvi illik Qara Dəniz Təhlükəsizlik Forumunda iştirak etmək üçün Odessaya gəlib.
Crossmedia.az xəbər verir ki, bu barədə Ali Radanın deputatı Oleksiy Qonçarenko və TSN telekanalı Telegram kanallarına istinadən məlumat veriblər.
Forum mayın 29-da açılıb və Ukrayna, Avropa, ABŞ və digər ölkələrdən 1200-dən çox iştirakçını, o cümlədən siyasətçiləri, diplomatları, hərbi qulluqçuları, ekspertləri və jurnalistləri bir araya gətirib. Onların arasında ABŞ senatorları Riçard Blumental və Mark Kelli, konqresmen Cim Haymz və ABŞ-nin Ukraynadakı müvəqqəti işlər vəkili Culi Devis də var idi.
20:19 30.05.2026
Oxunuş sayı: 53