Avropa Trampa cavab verib
Avropa ABŞ prezidenti Donald Trampın müdafiə xərclərini artırmaq tələblərinə cavab verib.
Crossmedia.az "Ukrinform"- istinadən xəbər verir ki, bu barədə NATO Hərbi Komitəsinin sədri admiral Cüzeppe Kavo Draqone "Bloomberg" agentliyinə verdiyi müsahibədə bildirib.
"Bizim ehtiyaclarımızı müəyyən etməyə imkan verən NATO müdafiə planlaşdırma prosesimiz var və biz onları tədricən lazımi müddətlərdə təmin edəcəyik... ümumi müdafiə xərclərinin ÜDM-in 5%-i səviyyəsinə çatması üçün. Buna görə də düşünürəm ki, biz kifayət qədər yaxşı vəziyyətdəyik", - deyə Kavo Dragone bildirib.
O əlavə edib ki, regionun ABŞ Müharibə Nazirliyi ilə (Pentaqon) münasibətləri sabitdir və dramatik vəziyyətlərdən azaddır.
20:15 30.05.2026
Oxunuş sayı: 68