Paşinyan Azərbaycanla delimitasiyanın niyə vacib olduğunu açıqlayıb
Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası prosesi davam etməlidir və onun nəticəsi Ermənistan Respublikasının ərazisinin 29.743 kvadrat kilometrlik ərazisi daxilində möhkəmləndirilməsi olmalıdır.
Crossmedia.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün seçkiqabağı iclasında bildirib.
O, izah edib ki, bilərəkdən Azərbaycan ərazisinin ölçüsünü göstərmir, çünki Ermənistandan fərqli olaraq, qonşu ölkənin regional xüsusiyyətləri var - onun sahəsi Xəzər dənizinin səviyyəsindən asılı olaraq dəyişir.
Ümumiyyətlə, Paşinyanın sözlərinə görə, delimitasiyanın əsas prinsipi keçmiş SSRİ-nin sərhədləri və Alma-Ata Bəyannaməsidir. Lakin sərt sərhəd xətti insanlar üçün narahatlıq yaradarsa, optimallaşdırmanın bir hissəsi olaraq tənzimlənə bilər.
19:42 30.05.2026
Oxunuş sayı: 1620