Koultor: Azərbaycanla Strateji Tərəfdaşlıq Xartiyasının imzalanmasından məmnunuq
ABŞ Azərbaycanla Strateji Tərəfdaşlıq Xartiyasının imzalanmasını məmnunluqla qarşıladığını bildirib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
ABŞ dövlət katibinin köməkçisi Sonata Koultor qeyd edib ki, Prezident Donald Tramp tərəfindən keçirilən tarixi sülh sammitindən sonra tərəflər geniş sahələrdə münasibətlərin inkişafı üzərində birgə işləyir.
O, gələn həftə keçiriləcək ilk iqtisadi dialoqa böyük ümidlər bəslədiklərini bildirib. Koultorun sözlərinə görə, bu görüş iki ölkə və biznes dairələri üçün mühüm imkanlar yaradacaq və yaxın gələcəkdə əməkdaşlığın müsbət nəticələr verməsi gözlənilir.
15:45 30.05.2026
Oxunuş sayı: 45