Münhen hava limanı dron xəbərindən sonra müvəqqəti bağlanıb və yenidən açılıb
Almaniyanın Munich Airport hava limanı şübhəli pilotsuz uçuş aparatı (dron) barədə məlumatlardan sonra müvəqqəti olaraq bağlanıb.
Crossmedia.az xəbər verir ki, “Bild” nəşrinin federal polis sözçüsünə istinadən verdiyi məlumata görə, təhlükəsizlik tədbirləri çərçivəsində hava limanında uçuşlar dayandırılıb və vəziyyət araşdırılıb.
Məlumatlara görə, bu səbəbdən bir neçə təyyarə havada dövrə vurub, bəziləri isə alternativ hava limanlarına yönləndirilib. Sonradan hava limanının fəaliyyəti bərpa olunub.
13:48 30.05.2026
Oxunuş sayı: 45