İrəvanda keçirilən hərbi paradda Ermənistan və İran arasında hərbi əməkdaşlıq çərçivəsində İran istehsalı olan bir sıra silah sistemləri təqdim olunub.
İrəvanda keçirilən hərbi paradda Ermənistan və İran arasında hərbi əməkdaşlıq çərçivəsində İran istehsalı olan bir sıra silah sistemləri təqdim olunub.
Crossmedia.az xəbər verir ki, nümayiş etdirilən texnikalar sırasında AD-08 “Məcid” hava hücumundan müdafiə sistemi ilə yanaşı, digər müasir hərbi vasitələr də yer alıb.
Onların arasında Rusiyanın 39N6E “Kasta-2E2” radarının modernləşdirilmiş İran versiyası olan, Iveco yük maşını şassisində quraşdırılmış “Kavoş” radarı da nümayiş etdirilib.
Bundan başqa, Toyota Land Cruiser 70 pikap bazasında yerləşdirilmiş “Sepehr” ailəsinə aid rabitə sistemləri də sərgilənib. Bu sistemlərin qoşunlar arasında əlaqə və əməliyyat koordinasiyasının təmin edilməsinə xidmət etdiyi bildirilir.
Paradda həmçinin Rusiyanın D-30A (2A18M) haubitsalarının İran istehsalı olan modernləşdirilmiş versiyası – HM-40 artilleriya sistemləri də təqdim olunub.
Mütəxəssislərin qiymətləndirməsinə görə, bu texnikalar İranın mövcud hərbi sistemləri yerli istehsal və modernləşdirmə hesabına inkişaf etdirmə strategiyasını əks etdirir.
13:08 30.05.2026
Oxunuş sayı: 54