Narkotik ticarəti ilə məşğul olan qayıq məhv edilib
ABŞ hərbçiləri Şərqi Sakit okeanda narkotik qaçaqmalçılığı ilə məşğul olduğu bildirilən qayığı vurub.
Crossmedia.az xəbər verir ki, Pentaqonun Cənub Komandanlığının yaydığı məlumata görə, əməliyyat nəticəsində qayıqda olan 3 nəfər həlak olub.
Komandanlığın sosial şəbəkədə yaydığı açıqlamada qeyd olunub ki, kəşfiyyat məlumatları qayığın Şərqi Sakit okeanda narkotik qaçaqmalçılığı üçün istifadə olunan marşrutlarla hərəkət etdiyini və narkotik ticarəti əməliyyatlarında iştirak etdiyini təsdiqləyib.
Hadisə ilə bağlı əlavə təfərrüatlar açıqlanmayıb.
09:20 30.05.2026
Oxunuş sayı: 61