PUA Rumıniyada yaşayış binasına çırpıldı: yaralananlar var
Rumıniyanın Qalați şəhərində pilotsuz uçuş aparatı yaşayış binasına çırpılıb.
Crossmedia.az TASS-a istinadən bildirir ki, PUA-nın binaya çırpılması nəticəsində güclü partlayış baş verib. Partlayışdan sonra mənzillərdən birində yanğın başlayıb.
Hadisə nəticəsində iki nəfər xəsarət alıb. Əraziyə cəlb olunan yanğınsöndürənlər alovu qısa müddətdə nəzarətə götürərək söndürüblər.
Fatimə
08:40 29.05.2026
Oxunuş sayı: 100