Karapetyan:Ermənistanın Rusiya ilə düşmən münasibətləri qurmaq hüququ yoxdur
Ermənistan kimi kiçik ölkələrin supergüclərlə, xüsusən də Ermənistan iqtisadiyyatının əsas hissəsi, o cümlədən kənd təsərrüfatının 90%-i asılı olan Rusiya ilə düşmən münasibətləri qurmaq hüququ yoxdur.
Crossmedia.az xəbər verir ki, bu barədə "Güclü Ermənistan" partiyasının lideri Samvel Karapetyan deyib.
"Biz bu münasibətləri hər gün mənasız addımlarımız və açıqlamalarımızla məhv edirik və bağışlanmağı gözləyirik. Qırmızı xətləri keçəndə bu bağışlanmır; heç bir ölkə belə davranışı bağışlamır".
23:50 28.05.2026
Oxunuş sayı: 42