Qlobal istiləşmə Yer kürəsində yavaşlatma yaradıb
Qlobal istiləşmə Yer kürəsinin fırlanmasında görünməmiş bir yavaşlamaya səbəb olub.
Crossmedia.az xəbər verir ki, bu barədə BBC bir araşdırmaya istinadən məlumat yayıb.
Alimlər günün uzanma sürətinin hazırda 100 ildə təxminən 1,33 millisaniyə olduğu qənaətinə gəliblər.
Praktik baxımdan, günün uzunluğundakı bu dəyişiklik kosmik gəmilərin naviqasiyasının dəqiqliyinə, eləcə də GPS naviqasiyasına təsir göstərə bilər.
08:35 29.05.2026
Oxunuş sayı: 97