İslandiya dünyanın ən bahalı ölkəsi seçilib
İslandiya dünyanın ən bahalı ölkəsi olaraq İsveçrəni keçib.
Crossmedia.az xəbər verir ki, bu barədə İsveçin TT xəbər agentliyinin İslandiya məzunları həmkarlar ittifaqı Viska-nın məlumatlarına istinadən məlumat yayıb.
Mütəxəssislər hesablamalarında Avrostat və İslandiyanın mərkəzi bankı Sedlabankinin məlumatlarına əsaslanıblar. Viska iqtisadçısı Vilhjalmur Hilmarssonun sözlərinə görə, ölkədə qiymətlər İsveçrədəkindən təxminən 3% yüksəkdir.
Bu artımın böyük bir hissəsi ada iqtisadiyyatının turizmə əsaslanması ilə bağlıdır ki, bu da ölkədə xidmət sektorunda və əmək haqqının daha yüksək inflyasiyasına səbəb olur. Digər amil isə turizm sektoru da daxil olmaqla, yüksək mənzil qiymətləridir.
Hilmarsson hesab edir ki, İslandiya əmək tutumlu sənaye sahələrindən həddindən artıq asılıdır və bu da inflyasiya təzyiqi yaratmağa davam edəcək.
"Eurostat"-ın məlumatına görə, İslandiyada qiymətlər İsveçrədəkindən sonuncu dəfə 2018-ci ildə daha yüksək olub.
01:40 29.05.2026
Oxunuş sayı: 43