Rusiya İranın zənginləşdirilmiş uranını qəbul etməyə hazır olduğunu açıqlayıb
Rusiya İran və ABŞ arasında mümkün nüvə razılaşması çərçivəsində İranın paytaxtı Tehranın zənginləşdirilmiş uranını qəbul etməyə hazır olduğunu bəyan edib.
Crossmedia.az xəbər verir ki, bu barədə Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya açıqlama verib.
Nebenzya bildirib ki, Tehran rəsmi şəkildə belə bir müraciət edərsə və bu məsələ İranla ABŞ arasında əldə olunacaq razılaşmanın bir hissəsinə çevrilərsə, Moskva İranın zənginləşdirilmiş uranını ölkədən çıxarmağa hazırdır.
Onun sözlərinə görə, Rusiya bu addımı İranın nüvə proqramı ətrafındakı gərginliyin azaldılması və məsələnin diplomatik həlli üçün mümkün mexanizmlərdən biri kimi qiymətləndirir.
Rusiyalı diplomat əlavə edib ki, tərəflər danışıqlar zamanı razılığa gəldiyi halda, Moskva bu prosesdə vasitəçi rolunu oynamağa da hazırdır.
09:32 27.05.2026
Oxunuş sayı: 51