İran Ermənistana AD-08 “Majid” hava hücumundan müdafiə sistemi satıb
İran Ermənistana AD-08 “Majid” qısa mənzilli hava hücumundan müdafiə sistemi satıb.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, Ermənistan bu addımla İran istehsalı olan həmin sistemin məlum olan ilk xarici operatoruna çevrilib.
Məlumata görə, bu, mayın 25-də İrəvanda keçirilən hərbi parad məşqlərinin görüntülərində üzə çıxıb.
Bildirilir ki, AD-08 “Majid” sistemi 2024-cü ilin iyulunda imzalandığı iddia olunan 500 milyon dollarlıq gizli İran–Ermənistan silah müqaviləsi çərçivəsində əldə edilib.
07:40 27.05.2026
Oxunuş sayı: 49