Köçəryan növbəti dəfə Paşinyanı tənqid edib
Ermənistan baş naziri Nikol Paşinyanın danışdığı bütün "sıfırlar" fəlakətə gətirib çıxarır.
Crossmedia.az xəbər verir ki, bu barədə ölkənin keçmiş prezidenti Robert Köçəryan bildirib.
"İkinci Dünya Müharibəsindən sonra Ermənistan xalqı iki fəlakət yaşadı: 44 günlük müharibə və Dağlıq Qarabağın(Red:Artıq belə inzibati vahid yoxdur.) itirilməsi"
Keçmiş prezident xatırladıb ki, Paşinyanın bir vaxtlar Qarabağ danışıqları prosesinin "sıfırlanması"ndan danışırdı, bu gün isə Ermənistan ordusunun "sıfırlanması"ndan danışır.
"Bu, zəng çalırmı? O, 26 illik vasitəçilik səylərini puça çıxardı, Əliyevə müharibə planlaşdırmaq şansı verdi, Ermənistanın strateji müttəfiqi (Rusiya - red.) ilə münasibətləri korladı, cəmiyyəti ağlara və qaralara, keçmiş və yeni gələnlərə böldü - dövləti zəiflətmək üçün hər şeyi etdi".
21:56 26.05.2026
Oxunuş sayı: 42