Vuçiç Serbiyanın ərazi bütövlüyünə dəstəyinə görə Azərbaycan liderinə təşəkkür edib
Ölkələrimiz arasında qarşılıqlı anlaşmanın və beynəlxalq hüquqa riayət olunmasının təsdiqi kimi yüksək qiymətləndirdiyimiz Serbiya Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunmasına verdiyi prinsipial və ardıcıl dəstəyə görə Azərbaycan Respublikasına səmimi təşəkkürümü bildirirəm.
Crossmedia.az xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandr Vuçiç 28 May-Müstəqillik Günü münasibətilə Azərbaycan lideri İlham Əliyevə təbrik məktubunda bildirib.
" Serbiya Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə hörmət etməyə tam şəkildə sadiq qalır", -o qeyd edib.
20:40 26.05.2026
Oxunuş sayı: 51