Xameneyi: Bölgə ABŞ bazaları üçün qalxan olmayacaq
İranın ali rəhbəri Müctəba Xameneyinin rəsmi “Telegram” kanalında yeni müraciət yayımlanıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Müraciətdə bildirilib ki, region ölkələrinin əraziləri artıq ABŞ hərbi bazaları üçün “sipər” rolunu oynamamalıdır.
Açıqlamada müsəlman ölkələrinə dostluq və əməkdaşlıq çağırışı edilir, İslam dünyasının problemlərinin birgə həllinin vacibliyi vurğulanır.
Bəyanatda, həmçinin bölgədə ABŞ-nin hərbi mövcudluğunun dəyişən balansla üzləşdiyi, əvvəlki statusun isə tədricən zəiflədiyi qeyd olunub.
17:23 26.05.2026
Oxunuş sayı: 48