ABŞ mediası Trampın İran siyasətini tənqid edib
“The Wall Street Journal” qəzetinin redaksiya heyəti ABŞ prezidenti Donald Trampın İran siyasəti ilə bağlı tənqidi məqalə dərc edib.
Crossmedia.az-ın məlumatına görə, məqalədə qeyd olunur ki, Vaşinqton nüvə razılaşması imzalanmamışdan əvvəl Tehrana müəyyən güzəştlər edir və bunun ABŞ maraqlarına zərər verə biləcəyi vurğulanır.
Redaksiya heyəti yazır ki, ABŞ ictimaiyyətində əsas müzakirə mövzularından biri 38 günlük müharibədən sonra əldə olunan nəticələrin kifayət edib-etməməsidir.
Məqalədə bildirilir ki, 47 günlük atəşkəs strateji baxımdan geriləmə riski yarada bilər. Eyni zamanda qeyd olunur ki, zəif və ya uğursuz razılaşma enerji qiymətlərinin azalmasına səbəb olsa belə, uzunmüddətli perspektivdə ABŞ Prezidenti Donald Trampın siyasi mövqeyinə mənfi təsir göstərə bilər.
Yazıda vurğulanır ki, İran hakimiyyəti müharibəyə siyasi və iqtisadi problemlər fonunda daxil olub və müharibə bu çətinlikləri daha da dərinləşdirib.
15:45 26.05.2026
Oxunuş sayı: 48