Günəşdə güclü rentgen partlayışları gözlənilir - XƏBƏRDARLIQ
Rusiyanın Tətbiqi Geofizika İnstitutu xəbərdarlıq edib ki, mayın 26–27-də Günəşdə yüksək dərəcəli rentgen şüalanması ilə müşayiət olunan partlayışların baş verməsi mümkündür.
Crossmedia.az bu barədə TASS-a istinadən xəbər verir.
Məlumata görə, bu proses Günəş plazmasının emissiyası ilə müşayiət oluna bilər və nəticədə Yerə doğru yönələn maqnit fırtınaları yarana bilər.
Mütəxəssislər bildirirlər ki, belə günəş aktivliyi rabitə sistemlərinə, peyklərə və texnoloji infrastruktura təsir göstərə bilər.
14:16 26.05.2026
Oxunuş sayı: 53