Tramp İranın nüvə materialının məhv edilməsini tələb edib
ABŞ prezidenti Donald Tramp İranın zənginləşdirilmiş uran ehtiyatı ilə bağlı sərt açıqlama verib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Tramp özünün “Truth Social” platformasında paylaşdığı mesajda bildirib ki, İranın nüvə materialı ya dərhal ABŞ-yə təhvil verilməli, ölkəyə gətirilməli və məhv edilməli, ya da İranla koordinasiyalı şəkildə yerində və ya başqa məqbul bir məkanda məhv olunmalıdır.
ABŞ prezidenti qeyd edib ki, bu prosesə Atom Enerjisi Komissiyası və ya ona bərabər beynəlxalq qurum nəzarət etməli və şahidlik etməlidir.
Trampın açıqlaması Vaşinqton ilə Tehran arasında gərginliyin davam etdiyi və İranın nüvə proqramı ətrafında müzakirələrin intensivləşdiyi bir dövrdə səslənib.
09:55 26.05.2026
Oxunuş sayı: 55