Macarıstanda casusluq qalmaqalı gündəmdə
Macarıstanın Baş naziri Viktor Orban adı açıqlanmayan kəşfiyyat orqanlarının ölkənin xarici işlər naziri Peter Szijjartonun mobil telefonunu dinlədiyini iddia edib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Orban bildirib ki, bu məlumat onlara macar jurnalist vasitəsilə çatdırılıb və məsələ ciddi narahatlıq doğurur.
Xarici işlər naziri Szijjarto isə qeyd edib ki, Moskva ilə apardığı telefon danışıqlarının Kiyevdə izlənildiyini öyrənəndə “şoka düşüb”.
Hadisə Macarıstanın təhlükəsizlik və beynəlxalq münasibətlər siyasəti ilə bağlı müzakirələri daha da gücləndirib.
15:52 23.03.2026
Oxunuş sayı: 49