Şagirdlər açıq tipli suallarda bəzən Türkiyə türkcəsindən istifadə edirlər
Şagirdlər açıq tipli suallarda bəzən Türkiyə türkcəsindən istifadə edirlər.
Crossmedia.az xəbər verir ki, bunu Təhsil İnstitutunun direktoru səlahiyyətlərini müvəqqəti icra edən, elm və təhsil nazirinin müşaviri Elnur Əliyev təhsil işçilərinin sentyabr konfransında deyib.
Onun sözlərinə görə, hətta bəzən şagirdlərin xətti oxunaqlı olmur:
"Bundan əlavə, 4-cü sinifdə qızlar oxu üzrə oğlanlardan üstündür, lakin riyaziyyat üzrə oğlanlar qızlardan cüzi fərqlə üstündür. Ümumilikdə isə 6-cı sinif şagirdlərində oxu üzrə şərh etmənin zəif olduğunu müşahidə edirik".
E.Əliyev, həmçinin vurğulayıb ki, Azərbaycan bölməsində oxuyan şagirdlərin nəticələri daha yüksəkdir:
"4-cü sinif şagirdlərinin nəticələri Azərbaycan və rus bölmələri üzrə müqayisə edilərkən yalnız hər iki bölmənin fəaliyyət göstərdiyi eyni məktəblər nəzərə alınıb. Müqayisə zamanı Azərbaycan bölməsində oxuyan şagirdlərin nəticələri nisbətən daha yüksək olub".
11:16 11.09.2026
Oxunuş sayı: 50