Gecə hücumu Kiyevdə yanğına səbəb oldu
Kiyevdə gecə saatlarında Rusiya qüvvələrinin hücumu nəticəsində yaşayış binasında yanğın baş verib, bir neçə nəfərin yaralandığı bildirilir.
Crossmedia.az xəbər verir ki, Kiyev şəhər rəhbərliyi hücum zamanı yaşayış binasının zərər gördüyünü açıqlayıb.
Məlumata görə, zərbə nəticəsində binada yanğın başlayıb. Hadisə yerinə xilasedicilər cəlb olunub. Yaralananlara tibbi yardım göstərilir.
11:06 11.09.2026
Oxunuş sayı: 45