Gözləntilər puç oldu: İranda hakimiyyət yerində qalır
ABŞ və İsrailin İrana mümkün hücumlarının ölkədə kütləvi üsyan yaradaraq hakimiyyətin sürətlə devrilməsinə səbəb olacağı gözləntiləri özünü doğrultmayıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir. Məlumata görə, belə bir ssenarinin reallaşmaması fonunda kəşfiyyat dairələrində bu strategiyanın effektivliyi ilə bağlı ciddi şübhələr yaranıb.
Mənbələr bildirir ki, alternativ variantlar , o cümlədən kürd qüvvələrindən istifadə ideyası da müzakirə olunsa da, sonda məqsədəuyğun hesab edilməyərək rədd edilib.
Hazırkı vəziyyətdə isə ən real ehtimal kimi İranda mövcud siyasi rejimin hakimiyyətdə qalacağı qiymətləndirilir.
13:55 23.03.2026
Oxunuş sayı: 56