Əraqçi: Atəşkəs istəmirik
İranın xarici işlər naziri Abbas Əraqçi atəşkəs təkliflərinə münasibət bildirib.
Crossmedia.az xəbər verir ki, bu barədə o, "Kyodo News" agentliyinə verdiyi müsahibədə danışıb.
Əraqçi qeyd edib ki, Tehran atəşkəsi qəbul etmir və ötən ilin ssenarisinin təkrarlanmasını istəmir:
“Biz atəşkəsi qəbul etmirik. Keçən ilin ssenarisinin təkrarlanmasını istəmirik. Biz müharibənin tam, hərtərəfli və dayanıqlı şəkildə başa çatmasını istəyirik”.
Nazir vurğulayıb ki, yeganə məqbul variant müharibənin tam dayandırılmasıdır. Onun sözlərinə görə, gələcəkdə oxşar vəziyyətlərin yaşanmaması üçün konkret təminatlar verilməlidir.
Əraqçi həmçinin əlavə edib ki, münaqişə nəticəsində dəyən ziyanlar da kompensasiya olunmalıdır.
13:24 23.03.2026
Oxunuş sayı: 49