İran Səudiyyə Ərəbistanına hücumları dayandıra bilər
İran birbaşa genişmiqyaslı müharibədən yayınmaq məqsədilə regiondakı hərbi strategiyasına yenidən baxır.
Crossmedia.az xəbər verir ki, bu barədə "The Jerusalem Post" nəşri məlumat yayıb.
Mənbələrə istinadən bildirilir ki, Tehran Səudiyyə Ərəbistanına qarşı hücumları məhdudlaşdırmaq və ya tamamilə dayandırmaq qərarı verib. Bu addımın daha böyük qarşıdurmanın qarşısını almağa hesablandığı qeyd olunur.
Eyni zamanda, məlumatda vurğulanır ki, Ər-Riyad Vaşinqtona ölkə ərazisində yerləşən hərbi bazalardan İrana qarşı əməliyyatlar üçün istifadə icazəsi verib.
Bununla yanaşı, İranın Qətərə qarşı hücumlardan mümkün qədər çəkinməyi planlaşdırdığı, lakin Küveyt, Bəhreyn və Birləşmiş Ərəb Əmirliklərinə qarşı zərbələri davam etdirməyi nəzərdə tutduğu iddia olunur.
13:13 23.03.2026
Oxunuş sayı: 51