ABŞ bütün dünyada yaşayan vətəndaşlarına XƏBƏRDARLIQ ETDİ
ABŞ Dövlət Departamenti artan təhlükəsizlik təhdidləri fonunda bütün dünyada, xüsusilə də Yaxın Şərqdə yaşayan vətəndaşlarına xəbərdarlıq edib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Departamentin rəsmi saytında yerləşdirilən bəyanatda amerikalılara daha diqqətli olmaq və ABŞ səfirlikləri ilə konsulluqları tərəfindən verilən təhlükəsizlik göstərişlərinə ciddi əməl etmək tövsiyə olunur.
Qeyd edilib ki, artıq ABŞ-nin bir sıra diplomatik missiyaları, o cümlədən Yaxın Şərqdən kənarda yerləşən nümayəndəliklər hücumlara məruz qalıb. Bildirilir ki, Amerikanın maraqlarını təmsil edən digər qurumlar da potensial hədəf ola bilər.
Rəsmi Vaşinqton mövcud riskləri nəzərə alaraq vətəndaşlarını ayıq-sayıq olmağa çağırır.
12:50 23.03.2026
Oxunuş sayı: 51