Nyu-Yorkda Kanadaya məxsus təyyarə qəzaya uğrayıb
Kanadanın Monreal şəhərindən uçan "Air Canada Express" təyyarəsi ABŞ-nin Nyu-York şəhərində yerləşən LaGuardia hava limanına eniş zamanı yerüstü nəqliyyat vasitəsi ilə toqquşub.
Crossmedia.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Məlumata əsasən, hadisədən sonra Federal Aviasiya Administrasiyası (FAA) hava limanında bütün eniş və uçuşları müvəqqəti dayandırıb. Bildirilir ki, məhdudiyyətlər ilkin olaraq GMT saat 05:30-a (Bakı vaxtı ilə 09:30) qədər qüvvədə olub.
FAA-nın açıqlamasında enişlərin dayandırılmasının təcili vəziyyətlə əlaqəli olduğu qeyd olunub və məhdudiyyətlərin uzadılması ehtimalının yüksək olduğu bildirilib. Pilotlara göndərilən əlavə bildirişdə isə hava limanının GMT saat 18:00-a (Bakı vaxtı ilə 22:00) qədər bağlı qala biləcəyi vurğulanıb.
Agentlik həmçinin qeyd edir ki, sosial şəbəkələrdə yayılan və hələlik təsdiqlənməmiş görüntülərdə təyyarənin burnunun zədələndiyi iddia olunur. Hadisə ilə bağlı "Air Canada", FAA və Nyu-York Yanğından Mühafizə İdarəsi hələlik rəsmi açıqlama verməyib.
09:51 23.03.2026
Oxunuş sayı: 51