Sloveniyada məhdudiyyətlər: Su çatışmazlığı və enerji narahatlığı artır
Avropada resurs çatışmazlığı ilə bağlı narahatlıqlar artmaqda davam edir.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir ki, Sloveniya hökuməti su ehtiyatlarının azalması fonunda yeni məhdudiyyətlər tətbiq edib. Məlumata görə, artıq adambaşına gündəlik su istifadəsi 50 litrdən çox olmamalıdır.
Bundan əlavə, artan tələbat və ehtiyatların azalması səbəbindən bəzi məhsulların, o cümlədən yataq çantalarının satışına da məhdudiyyətlər qoyulduğu bildirilir.
Ekspertlər qeyd edir ki, Yaxın şərq regionunda davam edən münaqişələr enerji bazarına ciddi təsir göstərir. Xüsusilə neft tədarükü ilə bağlı qeyri-müəyyənlik Avropa ölkələrində iqtisadi və sosial təzyiqləri artırır.
Hazırda Avropa İttifaqı daxilində nisbətən stabil mövqedə olan Sloveniya bu baxımdan ön sıralarda göstərilsə də, mütəxəssislər ölkənin bu mövqeyi qoruyub saxlamasının çətin ola biləcəyini vurğulayır.
20:55 22.03.2026
Oxunuş sayı: 54