NATO-nun hərbi komandanlıq nümayəndə heyəti Ukraynaya gedib
Ukraynaya NATO-nun hərbi komandanlıq nümayəndə heyəti səfər edib.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
Nümayəndə heyətinə NATO-nun qüvvələrin transformasiyası üzrə ali baş komandanı, admiral Pyer Vandye rəhbərlik edir. Bu barədə Ukrayna Prezident Ofisi rəhbərinin müavini Pavel Palisa məlumat verib.
Onun sözlərinə görə, tərəflər Ukrayna hərbçilərinin Alyansın təlimlərində “qırmızı komanda” — şərti rəqib rolunda iştirakını müzakirə ediblər.
18:43 22.03.2026
Oxunuş sayı: 62