İran ərəb ölkələrini hədələdi: Elektriklə vidalaşın
Yaxın Şərqdə artan gərginlik fonunda İran mediasından diqqətçəkən mesaj verilib.
Crossmedia.az xəbər verir ki, "Mehr News" xəbər agentliyinin yayımladığı posterdə region ölkələrinə açıq xəbərdarlıq edilib.
“Elektriklə vidalaşın” başlığı ilə paylaşılan materialda Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Qətər və Küveyt ərazisində yerləşən elektrik stansiyaları potensial qisas hədəfləri kimi göstərilib.
Paylaşım bölgədə enerji infrastrukturu üzərindən mümkün hücum siqnalları kimi qiymətləndirilir və təhlükəsizlik narahatlıqlarını daha da artırır.
Qeyd edək ki, bundan əvvəl ABŞ Prezidenti Donald Tramp İran rəhbərliyinə 48 saatlıq ultimatum verdiyini açıqlamışdı.
Hazırda regionda vəziyyətin necə inkişaf edəcəyi beynəlxalq ictimaiyyət tərəfindən diqqətlə izlənilir.
16:30 22.03.2026
Oxunuş sayı: 3401