Qalibafdan Novruz təbriki ilə yanaşı sərt mesaj
İran parlamentinin sədri Məhəmməd Bağır Qalibaf Novruz bayramı münasibətilə İran xalqını təbrik etməklə yanaşı, regional vəziyyətlə bağlı sərt açıqlama verib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər. O, “X” hesabında paylaşım edərək bildirib ki, İsrailin ciddi şəkildə qorunan Dimona bölgəsində raketlərin qarşısının alınmaması münaqişənin yeni mərhələyə keçdiyini göstərir. Qalibafın sözlərinə görə, bu hal İsrailin hava məkanının zəifliyini ortaya qoyur.
Parlament sədri qeyd edib ki, mövcud vəziyyət əvvəlcədən hazırlanmış strateji planların həyata keçirilməsini zəruri edir.
15:20 22.03.2026
Oxunuş sayı: 10182