Dimonada gərginlik: fövqəladə vəziyyət elan edildi
İranın İsrailin Dimona şəhərində yerləşən nüvə obyektinə hücumundan sonra ərazidə fövqəladə vəziyyət tətbiq olunub.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, hücum nəticəsində obyektin işlənmiş yanacaq saxlama məntəqələrində və inzibati binalarında yanğınlar qeydə alınıb. İsrail ordusuna məxsus helikopterlər tərəfindən obyekt ərazisində çalışan 21 yaralı işçi təxliyə edilib.
Hadisədən sonra şəhərdə təhlükəsizlik tədbirləri gücləndirilib, Dimonaya giriş-çıxış məhdudlaşdırılıb, məktəblərdə dərslər dayandırılıb və fövqəladə vəziyyət rejimi elan olunub.
İran tərəfi hücumun Nətənzdəki nüvə obyektinə qarşı həyata keçirilən zərbəyə cavab olaraq baş verdiyini bildirib.
15:05 22.03.2026
Oxunuş sayı: 1390