Böyük Britaniyanın sualtı qayığı Ərəbistan dənizinə çatıb
Böyük Britaniyanın Kral Dəniz Qüvvələrinə məxsus, nüvə enerjisi ilə işləyən "HMS Anson" sualtı qayığı Ərəbistan dənizinə çatıb.
Crossmedia.az xəbər verir ki, bu barədə "Daily Mail" qəzeti məlumat yayıb.
Sualtı qayıq "Tomahawk Block IV" qanadlı raketləri ilə silahlanıb və uzunmənzilli zərbə imkanlarına malikdir.
Nəşrin yazdığına görə, münaqişə daha da şiddətlənərsə, Britaniya silahlı qüvvələri İrana zərbə endirmək imkanına malik olacaq.
09:50 22.03.2026
Oxunuş sayı: 314