Donald Trampdan İran rəhbərliyi ilə bağlı kəskin bəyanat: "Danışmağa kimsə yoxdur"
ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun İranın mövcud rəhbərliyi ilə təmas qurmaq imkanlarını kifayət qədər aşağı qiymətləndirdiyini nümayiş etdirən növbəti qalmaqallı çıxışı ilə gündəmə gəlib.
Bu barədə crossmedia.az xarici KİV-ə istinadən xəbər verir. Ağ Ev rəhbəri bildirib ki, rəsmi Vaşinqton əslində İran rəhbərliyi ilə ünsiyyətdə olmağa maraqlı olsa da, hazırda qarşı tərəfdə dialoq aparılacaq real bir tərəf görmür. Trampın fikrincə, İranın aparıcı liderlərinin artıq siyasi səhnədə və ya fiziki olaraq mövcud olmaması bu təmasları qeyri-mümkün edir. "Biləsiniz ki, bu vəziyyət bizi tam qane edir", - deyə prezident əlavə edərək, ABŞ-ın bu boşluqdan narahat olmadığını xüsusi vurğulayıb. Bu bəyanat iki ölkə arasındakı diplomatik uçurumun daha da dərinləşdiyinin və ABŞ-ın İranın idarəetmə strukturuna münasibətdə barışmaz mövqeyinin növbəti təsdiqi kimi qiymətləndirilir.
21:55 20.03.2026
Oxunuş sayı: 52