ABŞ-ın İran planı: Xarq adasının blokadası və ya ələ keçirilməsi gündəmdədir
ABŞ-ın yeni administrasiyasının Hörmüz boğazında naviqasiya təhlükəsizliyini təmin etmək üçün İrana qarşı sərt hərbi və iqtisadi təzyiq mexanizmlərini nəzərdən keçirdiyi bildirilir.
Bu barədə crossmedia.az xarici KİV-ə istinadən xəbər verir. Məlumata görə, Donald Tramp Hörmüz boğazının açıq qalmasını məcburi şəkildə təmin etmək üçün İranın strateji əhəmiyyətli Xarq adasını blokadaya almağı və ya tamamilə nəzarətə götürməyi planlaşdırır. Hazırda bu məsələ ilə bağlı yekun qərar verilməsə də, planın həyata keçirilməsinin ciddi hava zərbələri və əlavə hərbi qüvvələrin bölgəyə cəlb edilməsini tələb edəcəyi vurğulanır. Ekspertlər adanın ələ keçirilməsi əməliyyatının təxminən bir ay çəkə biləcəyini, lakin bu addımın ABŞ üçün gözlənilməz geosiyasi fəsadlar və əks-effekt yarada biləcəyi barədə xəbərdarlıq edirlər. Xarq adası İranın neft ixracatının əsas qovşağı hesab olunduğu üçün bu cür hərbi müdaxilə regionda gərginliyi pik həddə çatdıra bilər.
22:00 20.03.2026
Oxunuş sayı: 51